2020-ci ildə Azərbaycana 85,512 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2019-cu illə müqayisədə 31,617 milyon dollar, yaxud 27 % azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8 %-ni təşkil edib.
Ötən il Azərbaycandan 14,693 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən 639 min dollar və yaxud 4,2 % azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,1 %-nə bərabər olub.