Azərbaycan tütün və tütün məmulatlarının idxalını 27%-ə yaxın azaldıb

Azərbaycan tütün və tütün məmulatlarının idxalını 27%-ə yaxın azaldıb Ölkədən tütün və onun sənaye əvəzedicilərin ixracı isə 10,5% azalıb
Biznes
14 Avqust , 2020 13:53
Azərbaycan tütün və tütün məmulatlarının idxalını 27%-ə yaxın azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 46,05 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,74 mlyoin ABŞ dolları və yaxud 26,6% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,78%-ni təşkil edib.

Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan 7,57 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 887 min ABŞ dolları və yaxud 10,5% azdır.

Son xəbərlər

Orphus sistemi