"Belarus ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi keçən ildə 447 milyon ABŞ dollarından çox olub və öncəki ilin göstəricisini 45% yaxşılaşdırıb".
Bunu “Report”a müsahibəsində Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.
“Belarusun Azərbaycana ixracatı əsasən maşınqayırma məhsullarından ibarətdir. Dəmir yolu ilə daşıma vasitələri, kənd təsərrüfatı və sərnişin texnikası göndəririk. Qida məhsulları, ağac emalı məhsulları, dərman tədarükü də vacib yer tutur”, - o bildirib.