Bakıda Azərbaycan və Böyük Britaniya arasında 2 sənədin imzalanması mərasimi keçirilib.
"Report" xəbər verir ki, sənədlərin birini Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın beynəlxalq ticarət naziri Graham Stuart imzalayıb.
Digər sənədə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") məxsus "İnnovasiyalar Mərkəzi" MMC-nin İdarə Heyətinin üzvü Fariz Quliyev və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp imza atıb.