Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb

Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb Azərbaycanın "Bridge" şirkətlər qrupu ilə Böyük Britaniyanın "Concerte Canvas Limited" şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb.
Biznes
7 Dekabr , 2023 12:07
Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb

Azərbaycanın "Bridge" şirkətlər qrupu ilə Böyük Britaniyanın "Concerte Canvas Limited" şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində baş tutub.

Sənədə Azərbaycan holdinqinin baş direktoru Fərid İskəndərov və Britaniya şirkətinin baş direktoru İan Vudkok imza atıb.

Müqavilənin əsas məqsədi Britaniya şirkətinin təqdim etdiyi innovativ həllərlə su ehtiyatlarının qorunması və itkinin qarşısının alınmasıdır. Həmçinin müqavilə iqtisadiyyatın bir sıra sahələrinin inkişafında mühüm rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi