Azərbaycan və Dünya Bankı Qarabağın bərpası üzrə yeni layihələri müzakirə edib

Azərbaycan və Dünya Bankı Qarabağın bərpası üzrə yeni layihələri müzakirə edib İqtisadiyyat Naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.
Biznes
26 Oktyabr , 2021 14:02
Azərbaycan və Dünya Bankı Qarabağın bərpası üzrə yeni layihələri müzakirə edib
Mikayıl Cabbarov və Sara Maykl

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanları və yeni layihələri müzakirə edilib.

Sara Maykl
Sara Maykl

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. O, vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də, postpandemiya dövründə iqtisadiyyatın canlanması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi