Azərbaycan və Gürcüstanın startaplar sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Gürcüstanın startaplar sahəsində əməkdaşlığı müzakirə olunub Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyində olub.
Biznes
5 Aprel , 2022 11:18
Azərbaycan və Gürcüstanın startaplar sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyində olub.

“Report”un yerli bürosu xəbər verir ki, nazir agentliyin nəzdində fəaliyyət göstərən Texnoparka baş çəkib və maddi-texniki baza ilə tanış olub.

Agentliyin sədri Avtandil Kasradze R.Nəbiyevi rəhbərlik etdiyi qurumun fəaliyyəti və cari layihələri barədə məlumatlandırıb.

Görüşdə gələcək əməkdaşlığın istiqamətləri, xüsusilə Gürcüstan startapları və sahibkarlarının regional layihələrə cəlb olunmasının artırılması məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi