Azərbaycan və Gürcüstanın yeni iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Gürcüstanın yeni iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi, səfir Zviad Çumburidze ilə görüşüb.
Biznes
15 Yanvar , 2021 17:15
Azərbaycan və Gürcüstanın yeni iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi, səfir Zviad Çumburidze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar. Bu xüsusda işgüzar dairələr, o cümlədən Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Görüşdə həmçinin işgüzar dairələr arasında qarşılıqlı səfərlərin və tədbirlərin intensivləşdirilməsinin vacibliyi qeyd edilib, ötən il martın 5-də Tbilisidə keçirilmiş Gürcüstan-Azərbaycan biznes forumunun əhəmiyyəti vurğulanıb. Gələcəkdə bu kimi forumların mütəmadi olaraq təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi