Azərbaycan İraqı COP29 çərçivəsində keçiriləcək tədbirlərə dəvət edib

Azərbaycan İraqı COP29 çərçivəsində keçiriləcək tədbirlərə dəvət edib Azərbaycan İraqı bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq tədbirlərə dəvət edib.
Biznes
17 Sentyabr , 2024 15:29
Azərbaycan İraqı COP29 çərçivəsində keçiriləcək tədbirlərə dəvət edib
Yusif Abdullayev

Azərbaycan İraqı bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq tədbirlərə dəvət edib.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"Bakı iqlim həftəsinin fəaliyyət planına əsasən noyabrın 14-də təşkil ediləcək "Maliyyə, investisiya və ticarət günü” özəl sektora və vətəndaş cəmiyyətinə beynəlxalq iqlim danışıqları ilə yanaşı öz öhdəliklərini ifadə etmək imkanı verəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi