Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır
Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradırAzərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.
Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, sənədlərə Azərbaycan-İtaliya dəyirmi masasında imza atılıb, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.
"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.
#İtaliya – #Azərbaycan dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı. Sənədlərin icrası innovasiyaları təşviq etmək və… pic.twitter.com/dfz3T2QUvR
İqtisadiyyat Nazirliyi yaydığı məlumatda isə deyilıir ki, tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə İtaliya Sənaye Konfederasiyası (“Confindustria”), “Mətanət A” şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtex Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, “Saloğlu” şirkəti ilə İtaliyanın "Visionnaire - İPA" və "Biesse S.P.A” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Sənədlər yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.