Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə iki ölkənin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
“Report” xəbər verir ki, bunu azərbaycanlı nazir Tviter hesabında bildirib.
O qeyd edib ki, müzakirələr Azərbaycanla Macarıstanın nümayəndə heyətləri arasında bu gün keçirilən görüşdə aparılıb: "Görüşdə Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti ilə bağlı, sənaye energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları, ticarət əlaqələrinin təşviqi müzakirə edilib".