Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi (CERR) arasında memorandum imzalanıb.
“Report” xəbər verir ki, memarandumu İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı və CERR-in rəhbəri Obid Hakimov imzalayıblar.
Sənəddə birgə tədqiqat və təhlillərin aparılması, seminar və tədbirlərin təşkil edilməsi, təqaüd proqramlarının araşdırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, CERR-in rəhbəri Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administrasiyası, Milli Məclis və müxtəlif qurumlarına görüşləri təşkil edilib. Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkədə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin öyrənilməsidir.