Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər

Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər Pakistanda Azərbaycan Ticarət Evinin, eləcə də ortaq Ticarət və Sənaye Palatası yaradılması üzərində iş gedir.
Biznes
16 Sentyabr , 2024 15:09
Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər

Pakistanda Azərbaycan Ticarət Evinin, eləcə də ortaq Ticarət və Sənaye Palatası yaradılması üzərində iş gedir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"2023-cü ildə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 27 milyon ABŞ dolları olub. Bunun böyük hissəsi Azərbaycanın Pakistandan idxal etdiyi məhsullar hesabına formalaşıb. Qarşılıqlı ticarəti inkişaf etdirmək üçün böyük potensial mövcuddur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi