İlk xəbər saat 11:43-də verilib
Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.
Yeni lizinq şirkəti "KamAZ" markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq.
Sənədi GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ" ın baş direktoru Sergey Koqoqin imzalayıblar.