Azərbaycan və Rusiya gömrükdə buraxılış qabiliyyətinin artırılmasını müzakirə edib

Azərbaycan və Rusiya gömrükdə buraxılış qabiliyyətinin artırılmasını müzakirə edib Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini İsmayıl Hüseynov ilə Rusiyanın Azərbaycandakı Səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.
Biznes
15 Fevral , 2022 16:08
Azərbaycan və Rusiya gömrükdə buraxılış qabiliyyətinin artırılmasını müzakirə edib

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini İsmayıl Hüseynov ilə Rusiyanın Azərbaycandakı Səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur”, “Xanoba” və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub. "Xanoba" gömrük postunda aparılan tikinti-quraşdırma işləri barədə də məlumat verilən görüşdə vurğulanıb ki, bu il tikintisi yekunlaşdırılacaq bu gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması ilə iki ölkə arasında sərhədkeçmə prosesləri daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacaq.

Görüş çərçivəsində Georgiy Pesçanskix gömrük işinin inkişafına və gömrük xidmətlərinin birliyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin əmrinə əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Gömrük birliyinin gücləndirilməsinə görə” medalı ilə təltif edildiyini bildirib. Eyni zamanda, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov və Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov, eləcə də Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin Rusiya Federal Gömrük Xidmətinin fəxri fərmanları və təşəkkürnamələrlə təltif olunduğu diqqətə çatdırılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (19922022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Son xəbərlər

Orphus sistemi