Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır

Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üçün bu ilin sonuna qədər yeni yol xəritəsi qəbul olunacaq.
Biznes
15 Noyabr , 2024 19:18
Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üçün bu ilin sonuna qədər yeni yol xəritəsi qəbul olunacaq.

Bunu "Report"a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü bildirib.

Onun sözlərinə görə, sənəd Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır.

Türkiyə rəsmisi iki ölkənin bir çox sahələrdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb: "Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) əməkdaşlıq edir. Biz Azərbaycan tərəfinə öz standartlarımızı vermişik. Bu da sənayenin inkişafına kömək edir".

Son xəbərlər

Orphus sistemi