Azərbaycanla Vyetnam arasında ticarət əlaqələrinə dair Niyyət Protokolu imzalanıb.
"Report" xəbər verir ki, sənədi "Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası" İctimai Birliyinin sədri Emin Dostiyari və Vyetnamın "ViNen" şirkətinin nümayəndəsi Bui Thi Hue imzalayıblar.
Niyyət Protokolu ilə iki ölkə arasında qida məhsullarının və alkoqolsuz içkilərin qarşılıqlı tədarükü planlaşdırılır.