Azərbaycan xalça idxalına çəkdiyi xərci 50 %-dən çox artırıb

Azərbaycan xalça idxalına çəkdiyi xərci 50 %-dən çox artırıb Hesabat dövründəxalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,21 %-ni təşkil edib
Biznes
22 May , 2021 17:44
Azərbaycan xalça idxalına çəkdiyi xərci 50 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,412 milyon ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,481 milyon ABŞ dolları (50,3 %) çoxdur.

Dörd ay ərzində Azərbaycanın xalçalar və digər toxunma döşəmə örtükləri ixracının dəyəri isə 131 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 14 min ABŞ dolları (12 %) çoxdur.

Hesabat dövründəxalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,21 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi