"Bu ilin sonuna qədər “İnvest in Azerbaijan” saytı istifadəyə veriləcək".
"Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, saytla yanaşı, mobil aplikasiya da istifadəyə veriləcək: “Sayt vasitəsilə investorların müraciətləri asanlaşdırılacaq. Bu addımlar Azərbaycanda investisiya yatırımını genişləndirəcək”.
Y.Abdullayev bildirib ki, investisiyaların təşviqi istiqamətində yeni qanun layihəsi hazırlanır: "Hazırlıq işləri bitmə mərhələsindədir. Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası ilə 2020-2025-ci illəri əhatə edən xarici investisiyaların təşviqinə dair Strategiya hazırlamışıq. Strategiyada bu illər üçün prioritet sahələr müəyyənləşib".