Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Biznes
29 İyun , 2022 10:16
Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, ilkin satış qiyməti 9 000 manata olan “Honda Accord” markalı minik avtomobilə edilən ən son təklif 11 900 manat olub. Bundan başqa, ilkin satış qiyməti 4 500 manata olan “Chevrolet Niva” markalı maşın 5 200 manata özəlləşdirilib. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3yqruGw )

Son xəbərlər

Orphus sistemi