Gələn ay Azərbaycanda 21 dövlət əmlakı hərraca çıxarılacaq

Gələn ay Azərbaycanda 21 dövlət əmlakı hərraca çıxarılacaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) oktyabrın 12-də və 19-da özəlləşdirmə hərracları təşkil edəcək.
Biznes
21 Sentyabr , 2021 12:05
Gələn ay Azərbaycanda 21 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) oktyabrın 12-də və 19-da özəlləşdirmə hərracları təşkil edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, oktyabrın 19-da təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq. Ümumilikdə gələn ay 21 dövlət əmlakı hərraca çıxarılacaq

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3c5wjt7)

Hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də ƏMDX-nın Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi