Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin u gün təşkil etdiri növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün təşkil etdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nəqliyyat vasitələri üzrə ümumilikdə 8 sifariş qeydə alınıb.
Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3yNyVFi )
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.