Bu il oktyabr ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 673 minə çatıb.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271 251 vahid və ya 19,4 % artıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268 445 vahid artaraq 808,4 min olub.
Dövlət Vergi Xidməti qeyd edir ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bağlanmış əmək müqavilələrinin sayının artması iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsidir.