Azərbaycanda dövlətə məxsus yeni səhmdar cəmiyyətləri yaradılır

Azərbaycanda dövlətə məxsus yeni səhmdar cəmiyyətləri yaradılır İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmla
Biznes
28 Fevral , 2022 12:06
Azərbaycanda dövlətə məxsus yeni səhmdar cəmiyyətləri yaradılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və yaxud icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sorğu Ekspert Mərkəzi" MMC-dir.

Qalib şirkətə 174,7 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi