Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16% azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16% azalıb ​​​​​​​Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən1,2 milyard manat gəlir əldə olunub
Biznes
18 Mart , 2021 14:51
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % azalaraq 1 213,4 milyon manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2 ay ərzində hüquqi şəxslər əhaliyə 916,6 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 20,5 manat az olmaqla müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi