Azərbaycanda ESG standartları üzrə platformanın inkişafına dair növbəti addımlar açıqlanıb

Azərbaycanda ESG standartları üzrə platformanın inkişafına dair növbəti addımlar açıqlanıb Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platformanın inkişafı ilə bağlı müəyyən addımların atılması planlaşdırılır.
Biznes
20 Sentyabr , 2024 15:36
Azərbaycanda ESG standartları üzrə platformanın inkişafına dair növbəti addımlar açıqlanıb
Ülviyyə Əkbərova

Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platformanın inkişafı ilə bağlı müəyyən addımların atılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycan ofisinin Tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşaviri Ülviyyə Əkbərova platforma konsepsiyanın təqdimatında bildirib.

"Platformanın uğurlu inkişafı üçün kollektiv səylərin vurğulanması, əsas mərhələlərin müəyyən edilməsi, üzvlərə platformanın inkişafına necə töhfə verə biləcəyi və bu prosesdə necə iştirak edə biləcəyinin izah edilməsi, üzvlərin davamlı olaraq rəy və təkliflərini verə biləcəyi yolların paylaşılması, rəsmi işə salınmadan sonrakı addımların müzakirə edilməsi planlar arasındadır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi