Azərbaycanda fiziki şəxslərin gömrük bəyannamələrinin sayı kəskin azalıb

Azərbaycanda fiziki şəxslərin gömrük bəyannamələrinin sayı kəskin azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fiziki şəxslər ölkənin gömrük sərhəddindən keçirdikləri mallara və nəqliyyat vasitələrinə görə 19 918 ədəd elektron sadələşdirilmiş bəyannamə təqdim edib.
Biznes
19 Noyabr , 2020 11:53
Azərbaycanda fiziki şəxslərin gömrük bəyannamələrinin sayı kəskin azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fiziki şəxslər ölkənin gömrük sərhəddindən keçirdikləri mallara və nəqliyyat vasitələrinə görə 19 918 ədəd elektron sadələşdirilmiş bəyannamə təqdim edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 342 608 ədəd və yaxud 68,4 dəfə azdır.

10 ay ərzində xarici ticarət iştirakçılarının həyata keçirdikləri idxal-ixrac əməliyyatların barədə statistik məlumatların sayı isə 94 762 ədəd olub. Bu isə 1 il əvvələ nisbətən 1 898 ədəd və yaxud 2 % çoxdur.

Hesabat dövründə ölkədə 460 ədəd elektron gömrük (e-gömrük) ekspertizası keçirilib ki, bu da illik müqayisədə 580 ədəd və yaxud 2,3 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi