Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar artıb

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar artıb Bu ilin I yarısında Azərbaycanda hava nəqliyyatı ilə 861 milyon 730 min ABŞ dolları dəyərində 51 min 419 ton yük daşınıb.
Biznes
14 İyul , 2023 17:52
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar artıb

Bu ilin I yarısında Azərbaycanda hava nəqliyyatı ilə 861 milyon 730 min ABŞ dolları dəyərində 51 min 419 ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,2 % və 29,8 % çoxdur.

O cümlədən, 6 ay ərzində hava nəqliyyatı ilə 157 milyon 671 min ABŞ dolları dəyərində 46 min 161 ton yük ixrac olunub, 704 milyon 58 min ABŞ dolları dəyərində 5 min 258 ton yük idxal olunub.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 18 %, həcmi 32,2 %, idxal olunan yükün isə dəyəri 9,1 %, həcmi 9,4 % artıb.

Son xəbərlər

Orphus sistemi