Azərbaycanda içki istehsalı 14% artıb

Azərbaycanda içki istehsalı 14% artıb Bu ilin yanvar ayında Azərbaycanda 1 886,7 min dekalitr içki məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur
Biznes
18 Fevral , 2021 09:57
 Azərbaycanda içki istehsalı 14% artıb

Bu ilin yanvar ayında Azərbaycanda 1 886,7 min dekalitr içki məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda araq istehsalı 107,3 min dekalitr (1 il əvvələ nisbətən 2,7 dəfə az), konyak istehsalı 0,5 min dekalitr (6,8 dəfə az), üzüm şərabı istehsalı 22,9 min dekalitr (15,2% az), pivə istehsalı 256,9 min dkl (53% çox), spirtsiz içki istehsalı isə 1 499,1 min dekalitr (30% çox) təşkil edib.

Bu il fevralın 1-nə ölkədə Azərbaycanda spirtli içki ehtiyatı 1 544,6 min dekalitr, spirtsiz içki ehtiyyatı isə 601,1 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 4,4% və 17,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi