Azərbaycanda investisiya təşviqi sənədi almaq üçün rüsum tutulacaq

Azərbaycanda investisiya təşviqi sənədi almaq üçün rüsum tutulacaq Azərbaycanda investisiya təşviqi sənədi almaq istəyənlər bunun üçün 70 manat dövlət rüsumu ödəyəcəklər.
Biznes
1 Noyabr , 2021 11:52
Azərbaycanda investisiya təşviqi sənədi almaq üçün rüsum tutulacaq

Azərbaycanda investisiya təşviqi sənədi almaq istəyənlər bunun üçün 70 manat dövlət rüsumu ödəyəcəklər.

“Report” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi üçün 50 manat, dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyinin verilməsi üçün 50 manat, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsi üçün 50 manat, geoloji öyrənilmə məqsədilə ayrılan yerin təki sahələrinə geoloji ayırma statusunun verilməsi üçün 50 manat, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi üçün 100 manat, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün 2000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün 50 manat, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi