Azərbaycanda istehlak bazarı cüzi kiçilib

Azərbaycanda istehlak bazarı cüzi kiçilib Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,2 % azalıb.
Biznes
15 İyun , 2021 12:50
Azərbaycanda istehlak bazarı cüzi kiçilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,2 % azalıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,4 % azalaraq 17,7 milyard manata bərabər olub, onun 46,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 369,1 manat və yaxud ötən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 12,3 manat çox vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi