Bu ilin payız aylarında Azərbaycanda İlk İxrac Forumunun, COP-29 tədbiri çərçivəsində isə Azərbaycanda ilk İnvestisiya Forumunun keçirilməsi nəzərdə tutulur.
“Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
"İxrac forumunda Azərbaycanın ixrac potensialı təqdim ediləcək. 2024-cü ildə əsas hədəflərdən biri də qlobal şirkətlərin Azərbaycana gətirilməsidir", - deyə o qeyd edib.