"Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Onlar üçün normativ-hüquqi bazanın hazırlanması yekunlaşır"
"Report" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
"Effektiv təşkilati və hüquqi model kimi KOB klasterlərin yaradılmasını da qeyd etmək olar. Vergi Məcəlləsindəki güzəştlərin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır", - deyə o, qeyd edib.