Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək

Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək Bu ilin I yarısında Milli İxrac Strategiyasının təsdiqlənməsi nəzərdə tutulub.
Biznes
29 Yanvar , 2024 12:32
Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək

Bu ilin I yarısında Milli İxrac Strategiyasının təsdiqlənməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2024-cü ildə "Made in Azerbaijan" və "İnvest in Azerbaijan" saytları tam təkmilləşmiş formada istifadəyə veriləcək və sahibkarlara xidmət göstərəcək.

2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8% çoxdur.

Təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 milyon ABŞ dollarından çox təşkil edib ki, bu da illik ifadədə 3,8% artıb.

Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9% çoxdur.

Azərbaycan məhsulları əsasən Rusiyaya, qismən isə Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Rumıniyaya ixrac edilib.

Son xəbərlər

Orphus sistemi