Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

Azərbaycanda növbəti avtomobil hərracı elan edilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır.
Biznes
6 Noyabr , 2024 10:12
Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır.

"Report" quruma istinadən xəbər verir ki, hərrac dekabrın 19-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Son xəbərlər

Orphus sistemi