Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin eyni dövrü ilə mü
Biznes
5 Noyabr , 2024 10:40
Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin eyni dövrü ilə müqayisədə 53 % müsbət dinamika müşahidə olunmaqla 55 dəqqiqədən 26 dəqiqəyə endirilib.

“Report” bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.

"Ümumi nəqliyyat vasitələrinin 49 %-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66 % nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir", - deyə Komissiya bəyan edib.

Son xəbərlər

Orphus sistemi