Azərbaycanda qadın sahibkarlığına dəstək platforması yaradılıb

Azərbaycanda qadın sahibkarlığına dəstək platforması yaradılıb ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq “Qadınların Milli Biznes Gündəliyi” (QMBG) platformasının yaradıldığını elan edib.
Biznes
30 İyun , 2021 12:48
Azərbaycanda qadın sahibkarlığına dəstək platforması yaradılıb

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq “Qadınların Milli Biznes Gündəliyi” (QMBG) platformasının yaradıldığını elan edib.

Report” xəbər verir ki, platforma kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.

USAID-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqx bildirib ki, təşkilat belə təşəbbüslər sayəsində, xüsusən də qadınlar üçün daha əlverişli biznes mühiti yaradır və onların rəqabətini pozan inzibati maneələri azaldır.

“Biz qadınların idarə etdiyi təşkilatların və şirkətlərin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərərək qadın sahibkarlığını milli iqtisadiyyatın aparıcı qüvvəsi kimi qəbul edən iqtisadi islahatlar gündəliyini ön plana çəkirik”, - Cey Sinqx deyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların bilik vəbacarıqlarının inkişaf etdirilməsi istiqamətində bundan sonra da işləri davam etdirməyə hazır olduqlarını bildirib. O qeyd edib ki, KOBİA-nın həyata keçirdiyi tədbirlərdən və maliyyə dəstəyindən faydalanan şəxslərin 30%-i qadınlardır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova bildirib ki, pandemiyaya baxmayaraq, 2020-ci ildə 448 qadın sahibkar 4,4 milyon manat həcmində kredit əldə edib.

“2021-ci ilin ilk 6 ayı ərzində 143 qadına 1.7 milyon manat həcmində kredit verilib”, - o deyib.

Təşkilatçılar qeyd ediblər ki, USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarlığın inkişafını dəstəkləyən ilk plastformadır.

“Qadın sahibkarları dəstəkləməyimiz ən uğurlu fəaliyyətimizdir. Ölkənin potensialı yüksəkdir və biz məhz bu potensialı inkişaf etdirməyə çalışırıq”, - deyə Sinqx bildirib.

Panel müzakirələrində biznesin reallaşdırılması üçün qadınlara göstərilən dəstək, həmçinin gələcək sahibkarlar üçün nəzərdə tutulmuş layihələr və treninqlər haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi