İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hazırladığı “Rəqabət Məcəlləsi” ilə bağlı qanun layihəsində Azərbaycanda rəqabət mühitinin düzgün tənzimlənməsi mexanizmləri təsbit edilib.
“Report” xəbər verir ki, bunu qurumun rəis müavini Məmməd Abbasbəyli bildirib.
"Sənəddə ölkədə rəqabət mühitinin pozulması ilə bağlı böyük cərimələr, maliyyə sanksiyaları nəzərdə tutulub. Bu da çox vacib məsələdir və ona hansısa qurumun əlavə maliyyə yükü yaratması kimi lazım deyil. Çünki hansısa şirkət rəqabəti pozmaqla böyük gəlir əldə edə bilər. Bu halda ona kiçik cərimə tətbiq edilərsə, pozuntu halları davam edəcək”.
Xatırladaq ki, “Rəqabət Məcəlləsi”nin bu ilin sonuna qədər qəbul edilməsi gözlənilir.