Azərbaycanda sahibkarlar üçün onlayn seminar keçirilib

Azərbaycanda sahibkarlar üçün onlayn seminar keçirilib Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi iştirak edib
Biznes
13 Fevral , 2021 17:05
Azərbaycanda sahibkarlar üçün onlayn seminar keçirilib

Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə sahibkarlar üçün onlayn seminar keçirilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə DGK arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. O, koronavirus (COVID-19) pandemiyası dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. O, islahatların uğurla reallaşdırılması məqsədilə Komitənin ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atdığını qeyd edib, baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.

Daha sonra DGK-nın əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış edib.

Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi