Azərbaycanda una olan tələbat su dəyirmanlarının fəaliyyətini genişləndirib

Azərbaycanda una olan tələbat su dəyirmanlarının fəaliyyətini genişləndirib Müasir texnologiyalar vasitəsilə işləyən dəyirmanların çoxalması köhnə dəyirmanları sıradan çıxarıb. Son aylarda un və un məmulatlarında kəskin bahalaşma isə dəyirmanlara olan tələbatı artırıb. Artıq az sayda olan köhnə su dəyirmanları öz iş fəaliyyətləri
Biznes
28 Dekabr , 2022 16:55
Azərbaycanda una olan tələbat su dəyirmanlarının fəaliyyətini genişləndirib

Müasir texnologiyalar vasitəsilə işləyən dəyirmanların çoxalması köhnə dəyirmanları sıradan çıxarıb. Son aylarda un və un məmulatlarında kəskin bahalaşma isə dəyirmanlara olan tələbatı artırıb. İndi insanların bir hissəsi ölkədə az sayda qalan köhnə su dəyirmanlarına üz tuturlar.

Bir vaxtlar insanların buğda üyütmək üçün günlərlə növbədə durduqları su dəyirmanları artıq tarixə çevrilib. İndi bölgələrdə çox az sayda su dəyirmanı var. Bunlardan bəziləri öz fəaliyyətlərini tamamilə dayandırsalar da, bəziləri hələ də fəaliyyət göstərir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu cür dəyirmanlardan biri də Bərdə rayonu Kələntərli kəndində yerləşir.

Bu su dəyirmanı enerji sərfiyyatı olmadan sadəcə su vasitəsilə işləyir. Bu da əhaliyə daha ucuz və keyfiyyətli xidmət göstərməyə imkan verir. Bölgələrdə müasir dəyirmanların belə fəaliyyət göstərdikləri vaxtda bu dəyirman iş fəaliyyətini dayandırmayıb.

Dəyirmançı İsmayıl Əliyevin sözlərinə görə, son bir ildə su dəyirmanında istehsal olunan unu alanların sayı artıb. O bildirib ki, bunun iki səbəbi var: "Birincisi, bu un olduqca keyfiyyətlidir və heç bir qatqısı yoxdur. İkincisi isə mağazalarda satılan un bahalaşıb. Biz dəyirmanın fəaliyyətini heç bir zaman dayandırmamışıq, pəhriz üçün un üyüdürdük. Onda müştərilərimiz də az idi. Amma bu son bir neçə ay ərzində müştərilərimizin sayı daha da artıb".

İ.Əliyev deyir ki, artıq qonşu kəndlərdən də onun dəyirmanına üz tutanlar var: "Hardasa 25 kənddən gələnlər var. Qonşu Tərtər, Ağdam və Yevlax rayonlarından axın edənlər də olur. Bəzi hallarda isə uzaq rayonlardan belə sifarişlər qəbul edirik".

O bildirir ki, su dəyirmanlarının sıradan çıxdığı bir dövrdə belə onlar işlərini əhalinin təlabatını nəzərə alaraq qoruyub saxlayıblar: "İndi mən özüm ən seçmə taxılı alıram. Su dəyirmanında üyüdülən unun keyfiyyəti taxılın növündən asılıdır. Keyfiyyətinə görə, oradan çıxanda unun keyfiyyətini bilirəm. Hər zaman un satışını təşkil eləmişəm. Hazırda su dəyirmanında müştərilərin özlərinin də gətirdiyi taxıl üyüdülərək onlara verilir. Belə olan halda da əgər müştəri öz taxılını üyütmək istəyirsə, hər tonu üçün, 50 manat şaat pulu ödənilir".

Son xəbərlər

Orphus sistemi