İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC yaradılıb.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanda öz əksini tapıb.
Bundan başqa, fərmana əsasən, Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC Nazirliyin tabeliyinə verilib, Komitənin strukturuna daxil olan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilib və və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.