Bu il Avstriyanın 100 şirkəti Azərbaycanda biznes qurmaq, yerli şirkətlərlə əməkdaşlıq etmək üçün məsləhət almaq məqsədi ilə Avstriyanın İqtisadiyyat Palatasına müraciət edib.
“Report”un məlumatına görə, bunu Palatanın Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbərinin müavini Eva Vaythaler bildirib.
O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb.
E.Vaythaler əlavə edib ki, hazırda 15 Avstriya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlar əsasən ölkəyə əczaçılıq məhsullarının və spirtsiz içkilərin idxalı ilə məşğuldur.