"Azexport" portalında “Amazon” və “Ebay” platformalarında elektron ticarətə başlayan bir qrup gənclə görüş keçirilib.
Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.
Məlumata görə, görüşdə elektron ticarət sahəsində mövcud vəziyyət, yeni ticarətçilərin əsas diqqət etməli olduğu məqamlar, trendlərə adaptasiya, satış bazarlarının spesifikliyinin təhlilinə dair mövzularda geniş müzakirə aparılıb. Beynəlxalq platformalarda satışlara başlayan gənclərə təcrübədən irəli gələn tövsiyələr verilib. Həmçinin platformalardan istifadəyə dair praktik nümunələr nəzərdən keçirilib.
Oxşar görüşlərin bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub.