Azərbaycanın iqtisadiyyat naziri təhsil naziri ilə müzakirələr aparıb

Azərbaycanın iqtisadiyyat naziri təhsil naziri ilə müzakirələr aparıb "İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır"
Biznes
2 İyun , 2021 10:01
Azərbaycanın iqtisadiyyat naziri təhsil naziri ilə müzakirələr aparıb
Mikayıl Cabbarov

"İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Təhsil naziri Emin Amrullayevlə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, litseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi