Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin olunub

Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin olunub Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin edilib.
Biznes
24 Dekabr , 2021 15:02
Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin olunub
Sahib Məmmədov

Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədova həvalə olunub.

O, 1978-ci ildə anadan olub, 2000-ci ildə Kiyev Dövlət Universitetində “Beynəlxalq hüquq” fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

S.Məmmədov əmək fəaliyyətinə 2001-ci ildə Belçikada - Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb, 2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri, 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifələrində işləyib.

O, ölkə prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə, 13 may 2020-ci il tarixli sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub. 

Ailəlidir, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi