Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 2,5 dəfə azalıb

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 2,5 dəfə azalıb ​​​​​​​Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 595,4 mln ABŞ dolları təşkil edib
Biznes
25 Mart , 2021 13:10
Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 2,5 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 595,4 mln ABŞ dolları təşkil edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 927,4 mшn ABŞ dolları və ya 0,16 % çoxdur.

Hesabat dövründə ixracın həcmi 256,3 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 63,2 mln ABŞ dolları və ya 32,7 % çoxdur.

Bu ilin ilk iki ayında isə idxalın həcmi isə 339,1 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 62,3 mln ABŞ dolları və ya 15,5 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində MDB ölkələri ilə ixrac Azərbaycanın ümumi ixracının 9,19 %-ni, idxal isə Azərbaycanın ümumi idxalının 21,04 %-ni təşkil edib.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 82,8 mln ABŞ dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 125,6 mln ABŞ dolları və ya 2,5 dəfə azalıb.

Son xəbərlər

Orphus sistemi