Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 % azalıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 % azalıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.
Biznes
30 Dekabr , 2020 16:46
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 142 milyon dollar və yaxud 8 % azdır.

11 ay ərzində Rusiyaya 628,1 milyon, Türkiyəyə 320,6 milyon, İsveçrəyə 201,3 milyon, Gürcüstana 117 milyon və Çinə 41,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (190,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 183,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (110,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 milyon, kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon, pambıq ipliyi ixracı 15 milyon, spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı 21.4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 %, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 %, çay ixracı 0,5 % artıb.

2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin noyabr ayında qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 % təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 9,3 % çoxdur. 2020-ci ilin noyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 %, qeyri-yeyinti sektoru üzrə isə 49,7 % təşkil edib.

Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliya (7,3 milyon ABŞ dolları) ixrac edilib.

Son xəbərlər

Orphus sistemi