Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfə üstələyib

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfə üstələyib Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 059 322,56 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib
Biznes
18 İyun , 2021 16:55
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfə üstələyib

Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 milyard 059 milyon 322,56 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 997,99 min ABŞ dolları və yaxud 1,05 % çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 8,96 %-nə bərabər olub.

Bu ilin beş ayı ərzində Azərbaycanın Rusiyaya ixracının dəyəri 291 milyon 360,82 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 476,6 min ABŞ dolları və yaxud 4,47 % çoxdur.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 767 milyon 961,74 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 milyon 478,62 min ABŞ dolları və yaxud 0,2 % azdır.

Azərbaycanın Rusiyaya ixracı ümumi ixracının 3,92 %-nə, Rusiyadan idxalı isə ümumi idxalının 18,47 %-nə bərabər olub.

Bununla da Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxalın həcmi ixracı 2,6 dəfə üstələyib.

Son xəbərlər

Orphus sistemi