Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 23% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 23% azalıb Bu il yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 16,571 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
14 Sentyabr , 2020 15:30
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 23% azalıb
0 : 00
0 : 00

Bu il yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 16,571 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,65% azdır.

Bu ilin ilk 8 ayında xarici ticarət dövriyyəsinin 9,88 milyard ABŞ dolları ixracın, 6,69 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,9%, idxal isə 28,7% azalıb.

Son nəticədə xarici ticarətdə 3,19 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,9% azdır.

Son xəbərlər

Orphus sistemi