Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 27 %-ə yaxın artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 27 %-ə yaxın artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 14,202 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
17 İyul , 2021 10:07
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 27 %-ə yaxın artıb
Report.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 14,202 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 8,811 milyard ABŞ dolları ixracın, 5,391 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,6 %, idxal isə 8 % artıb.

Son nəticədə xarici ticarətdə 3,42 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi